Avropada 18 mindən çox qaçqın uşaq itkin düşüb

Avropada 18 mindən çox qaçqın uşaq itkin düşübAvropaya pənah gətirən 18 mindən çox yetkinlik yaşına çatmayan miqrantların itkin düşdüyü və əksəriyyətinin cinayətkar qruplaşmaların əlinə keçdiyi açıqlanıb.
Publika.az xəbər verir ki, bu barədə Belçikanın "De Standaard" və "Knack" qəzetlərinin "Lost in Europe" araşdırmaçı jurnalistika təşkilatı ilə birgə apardığı araşdırmanın nəticəsində qeyd edilib.
Məlumata görə, 2018-ci ildən bəri Avropaya yaxınları olmadan gələn 18 min 292 uşaqdan heç bir xəbər yoxdur. Bu uşaqların mütəşəkkil cinayətkar qruplar tərəfindən istismar edildiyi və ya işləməyə məcbur edildiyi ehtimal edilir.
Uşaqların çoxunun Mərakeş, Əlcəzair, Eritreya, Qvineya və Əfqanıstandan gəldikləri bildirilir. Rumıniya və Fransa kimi bəzi ölkələrdə bu sayın yoxa çıxma halları qeydə alınmadığı üçün bu rəqəmin indi qeyd ediləndən daha çox ola biləcəyi ehtimal olunur.
Bununla yanaşı, son bir ildə COVID-19 səbəbiylə immiqrasiyanın azaldığı, bu səbəbdən itkin uşaq sayının da əvvəlki illərə nisbətən azaldığı bildirilib.
Araşdırmaya görə Avropa ölkələrinin qeydiyyatda istifadə etdiyi metodlar bir-biri ilə uyğun gəlmir. Bu səbəbdən məlumatların etibarlı olmadığı ifadə edilib. Belə çıxır ki, bəzi hallarda uşaqlar yetkin, bəzi böyüklər uşaq kimi qeydiyyata alınır. Bəzi uşaqların Avropa daxilində ölkələrini dəyişdirdikləri, getdikləri ölkədə itkin düşdükləri və bununla da bir neçə dəfə itkin düşmüş kimi qeyd edildikləri açıqlanıb.
Avropa İttifaqı Komissiyasının daxili işlərdən məsul üzvü İlva Yuxansson uşaqların itkin düşməsindən çox narahat olduqlarını söyləyib, ancaq Aİ Komissiyasının məsuliyyəti üzv dövlətlərin üzərinə qoyduğunu bildirib.
Avropa polis təşkilatı "Europol" isə 2016-cı ildə azı 10 min qaçqın uşağın itkin olduğu ilə bağlı hesabat yayıb.
Akqabay


SONXEBERLER.AZ
Dünya     Baxılıb: 59   Tarix: 18 aprel 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Soyludan SƏRT SÖZLƏR: Avropa bu qətliama susursa...

"Yunan asayiş keşikçilərinin insanların üzərinə benzin tökərək yandırmaq cəhdi Avropanın gözü önündə qətliam törətməkdir. Avropa Yunanıstanda baş verənlərə susmağa davam etdikcə, bu, şərin təhrikçisi olaraq da adlandırılacaq"

Rusiya BU LAYİHƏNİ tərk edir

Rusiya Baş nazirinin müavini Yuriy Borisov ölkəsinin Beynəlxalq Kosmik Stansiya layihəsini 2025-ci ildə tərk edəcəyini açıqlayıb. xəbər verir ki, açıqlamada Beynəlxalq Kosmik Stansiyasında texniki problemlərin olduğu qey

Puşkovdan Baydenə XƏBƏRDARLIQ: Əgər bunu etsəniz...

Rusiya Federasiyası Şurasının adı qeyd edilməyən üzvlərindən birinin dediyinə görə, Moskva ilə Vaşinqton arasındakı münasibətlər tarixində həm uğurlu, həm də bitərəf, hətta uğursuz zirvələr olub. O, 1961-ci ildə Vyanada Xruşşo

SON DƏQİQƏ: İranda ard-arda güclü zəlzələlər oldu - FOTO (YENİLƏNDİ)

Buşehrin Guneve bölgəsində baş verən zəlzələ nəticəsində 10 kəndə ziyan dəyib. xəbər verir ki, birinci təkandan bir neçə dəqiqə sonra eyni dərinlikdə 4,5 bal gücündə ikinci təkan qeydə alınıb. Buşehr Böhran İdarəetmə İdarəsini

Rusiya döyüş gəmilərini Qara dənizə toplayır

Rusiya hərbi gəmilərini Qara dənizə göndərməyə davam edir. xəbər verir ki, bu gün səhər saatlarında Bosfor boğazından keçən Rusiya donanmasına aid 130 nömrəli "Kalininqrad" və "Korolev" hərbi gəmilər

ABŞ-da yas mərasiminə SİLAHLI HÜCUM: ölən və yaralananlar var - VİDEO

ABŞ-da ötən gecə odlu silahdan növbəti atışma olub. xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat verib. Bildirilib ki, ötən gecə ərzində rəsmi qeydə alınan ikinci odlu silahdan istifadə hadisəsi Ohayo ştatınd

Britaniya da Qara dənizə hərbi gəmilərini göndərir

Böyük Britaniya iki hərbi gəmisini Qara dənizə göndərir. -a istinadla xəbər verir ki, bu barədə "Tayms" nəşri yazıb. Nəşrin məlumatına görə, bu addım bölgədə Ukrayna və NATO-ya dəstək ifadə etmək məqsədi daşıyır

Füzulidə erməni hərbçisinin meyiti tapıldı

İkinci Qarabağ müharibəsində itkin düşmüş daha bir erməni hərbi qulluqçunun meyiti aşkarlanıb. xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, erməni hərbçisinin meyiti Füzuli rayonunda aparıla

Ərdoğan PLANLARI AÇIQLADI: 2021 şahlanma ilinə çevriləcək

"2021-ci ili ölkəmiz və millətimiz üçün bir şahlanma ilinə çevirəcəyik. Son 19 il ərzində xüsusilə nəqliyyat sahəsində Türkiyənin respublika tarixində rekordlara imza atdıq. İqtidara gəldiyimizdə ölkəmizdə uzunluğu

Türkiyədə zəlzələ oldu

Türkiyənin Muğla vilayətində 4,8 bal gücündə zəlzələ olub. xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, Egey dənizinin Datça rayonu sahilində baş verə

Türkiyədən YENİLİK: MOLAB-la risklər sıfıra endirildi

Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi tərəfindən dünyanın ilk Mobil Bina Analiz və Test Laboratoriya Maşını (MOLAB) hazırlanıb. "TRT Haber"ə istinadla xəbər verir ki, MOLAB fəlakət zonalarında riskli binaları

Ərdoğan NATO-nun baş katibi ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefonla danışıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon danışığında Egey, Şərqi Aralıq dənizi, Liviya və Əfqanıstandakı hadisələr


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbər azerbaycan son xeber bugun xeber.az bu gun son xeberler bugun 2021 canli