Avropa Liqası: 4 klub 1/16 finala yüksəldi, "Beşiktaş" mübarizəni dayandırdı

Avropa Liqası: 4 klub 1/16 finala yüksəldi, "Beşiktaş" mübarizəni dayandırdıUEFA Avropa Liqasında 4 klub vaxtından əvvəl 1/16 finala vəsiqəni təmin edib. "Report"un məlumatına görə, bunlar İspaniyadan "Sevilya" və "Espanyol", Şotlandiyadan "Seltik" və İngiltərədən "Mançester Yunayted"dir.
A qrupunda yer alan "Sevilya" IV turda Lüksemburqda "Düdelanj"ı 5:2 hesabı ilə yenərək, xallarını 12-yə çatdırıb və qrup lideri kimi mərhələ adlayıb.
H qrupundakı "Espanyol" Bolqarıstan "Lüdoqorets"ini 6:0 hesabı ilə darmadağın edərək, xallarını 12-yə yüksəlib. Bununla da İspaniya komandası qrup lideri kimi növbəti mərhələni təmin edib.
"Seltik" E qrupunun oyununda "Latsio"nu İtaliyada 2:1 hesabı ilə məğlub edərək xallarını 10-a çatdırıb. Qlazqolular 3-cü pillədəki "Latsio" üçün əlçatmaz olduqlarından, növbəti mərhələni təmin ediblər.
"Mançester Yunayted" isə L qrupunun qarşılaşmasında evdə Serbiya "Partizan"ını darmadağın edərək, xallarını 10-a çatdırıb. Yenidən liderliyi ələ alan "qırmızı şeytanlar" 4 xalla 3-cü yerdə gedən "Partizan" üçün əlçatmaz olub.
Əvəzində K qupunun oyununda "Beşiktaş" Portuqaliyada "Braqa"ya 1:3 hesabı ilə uduzaraq, ardıcıl 4-cü məğlubiyyətlə üzləşib. Hələ xalı olmayan "qartallar" növbəti mərhələ şansını itirib.
Türkiyənin daha bir təmsilçisi "Trabzonspor" C qrupunun oyununda "Krasnodar"a Rusiyada 1:3 hesabı ilə uduzaraq, vəziyyətini çətinləşdirib. Hazırda Qara dənizlilərin hesabında cəmi 1 xal var və bu komandanı növbəti mərhələyə vəsiqə verən 2-ci pillədən 5 xal ayırır.
Nəhayət, "Başakşehir" J qrupunun matçında "Volfsberq"ə Avstriyada 3:0 hesabı ilə məğlub edib. Paralel matçda "Roma"nın İtaliyada Almaniyanın "Borussiya" (Mönxenqladbax) komandası ilə qolsuz heç-heçə etməsi səbəbindən, İstanbul təmsilçisi 7 xalla liderliyə yüksəlib.
Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin sonadək meydanda olduğu qarşılaşmada "Aleksandriya" klubu Ukraynada "Fransa "Sent-Etyen"inə məğlubiyyətdən qurtulmağı bacarıb - 2:2. Bununla da "Aleksandriya" I qrupunda 3 xalla sonuncu pillədə qalıb.
Qeyd edək ki, ötən gün Portuqaliyada "Gimaraynş" və İngiltərənin "Arsenal" komandaları üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Avropa Liqası
Qrup mərhələsi, IV tur
7 noyabr
A qrupu
21:55. APOEL (Kipr) - "Qarabağ" (Azərbaycan) - 2:1
21:55. "Düdelanj" (Lüksemburq) - "Sevilya" (İspaniya) - 2:5
Xal durumu: "Sevilya" - 12, APOEL - 4, "Qarabağ" - 4, "Düdelanj" - 3.
B qrupu
21:55. "Kopenhagen" (Danimarka) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:1
21:55. "Luqano" (İsveçrə) - "Malmö" (İsveç) - 0:0
Xal durumu: "Kopenhagen" - 6, "Dinamo" - 6, "Malmö" - 5, "Luqano" - 2
C qrupu
21:55. "Bazel" (İsveçrə) - "Xetafe" (İspaniya) - 2:1
21:55. "Krasnodar" (Rusiya) - "Trabzonspor" (Türkiyə) - 3:1
Xal durumu: "Bazel" - 10, "Krasnodar" - 6, "Xetafe" - 6, "Trabzonspor" - 1.
D qrupu
21:55. "Rusenborq" (Norveç) - "Sportinq" (Portuqaliya) - 0:2
21:55. LASK (Avstriya) - PSV (Hollandiya) - 4:1
Xal durumu: "Sportinq" - 9, LASK - 7, PSV - 7, "Rusenborq" - 0
E qrupu
21:55. "Latsio" (İtaliya) - "Seltik" (Şotlandiya) - 1:2
21:55. ÇFR (Rumıniya) - "Renn" (Fransa) - 1:0
Xal durumu: "Seltik" - 10, ÇFR - 9, "Latsio" - 3, "Renn" - 1.
F qrupu
21:55. "Standard" (Belçika) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 2:1
6 noyabr
21:55. "Gimaraynş" (Portuqaliya) - "Arsenal" (İngiltərə) - 1:1
Xal durumu: "Arsenal" - 10, "Standard" - 6, "Ayntraxt" - 6, "Gimaraynş" - 1.
G qrupu
23:00. "Feyenoord" (Hollandiya) - "Yanq Boyz" (İsveçrə) - 1:1
23:00. "Reyncers" (Şotlandiya) - "Portu" (Portuqaliya) - 2:0
Xal durumu: "Yanq Boyz" - 7, "Reyncers" - 7, "Portu" - 4, "Feyenoord" - 4.
H qrupu
24:00. "Espanyol" (Espanyol) - Lüdoqorets" (Bolqarıstan) - 6:0
24:00. "Ferentsvaroş" (Macarıstan) - MOİK (Moskva, Rusiya) - 0:0
Xal durumu: "Espanyol" - 10, "Lüdoqorets" - 6, "Ferentsvaroş" - 5, MOİK - 1
I qrupu
24:00. "Volfsburq" (Almaniya) - "Gent" (Belçika) - 1:3
24:00. "Aleksandriya" (Ukrayna) - "Sent-Etyen" (Fransa) - 2:2
Xal durumu: "Gent" - 8, "Volfsburq" - 5. "Sent-Etyen" - 3, "Aleksandriya" - 3.
J qrupu
24:00. "Borussiya" (Mönxenqladbax, Almaniya) - "Roma" (İtaliya) - 2:1
24:00. "Volfsberq" (Avstriya) - "Başakşehir" (Türkiyə) - 0:3
Xal durumu: "Başakşehir" - 7, "Borussiya" - 5, "Roma" - 5, "Volfsberq" - 4.
K qrupu
24:00. "Braqa" (Portuqaliya) - "Beşiktaş" (Türkiyə) - 3:1
24:00. "Vulverhempton" (İngiltərə) - "Slovan" (Bratislava, Slovakiya) - 1:0
Xal durumu: "Braqa" - 10, "Vulverhempton" - 9, "Slovan" - 4, "Beşiktaş" - 0.
L qrupu
19:50. "Astana" (Qazaxıstan) - AZ (Hollandiya) - 0:5
24:00. "Mançester Yunayted" (İngiltərə) - "Partizan" (Serbiya) - 3:0
Xal durumu: "Mançester Yunayted" - 10, AZ - 8, "Partizan" - 4, "Astana" - 0. /publika.az


SONXEBERLER.AZ
İdman     Baxılıb: 81   Tarix: 08 noyabr 2019
f Paylaş

DİGƏR XƏBƏRLƏR

"Grand Chess Tour 2019": Şəhriyar Məmmədyarovdan 2 heç-heçə, 1 məğlubiyyət

Buxarestdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun da mübarizə apardığı "Grand Chess Tour 2019" seriya turnirinin rapid yarışında daha 3 partiya oynanılıb. Azərtac xəbər verir ki, şahmatçımız dördüncü turd

1xGames ilə necə yaxşı pul qazanmaq və əylənmək olar?

Hər il əylənməyin bütün yolları arasında getdikcə daha çox insan onlayn oyunlarla olan variantı seçir. Birincisi, bu, həyatınıza daha çox emosiya əlavə etmək üçün əla fürsətdir. İkincisi, oyunlarda həmişə qələbə arzusun

"Qalatasaray"dan acı məğlubiyyət

Futbol üzrə Çempionlar Liqasında IV tura yekun vurulub. gecənin nəticələrini təqdim edir:. Çempionlar Liqası. IV tur. 6 noyabr. A qrupu. 24:00. PSJ (Fransa) - "Brügge" (Belçika) - 1:0. 24:00. "Real Madrid"

Avropa liqası: "Qarabağ" APOEL-ə qarşı

Azərbaycan çempionu "Qarabağ" bu gün növbəti avrokubok oyununu keçirəcək. bildirir ki, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Ağdam klubu Kiprdə APOEL ilə görüşəcək. Bu, Qurban Qurbanovun yetirmələrini

Fatih Terim biabırçı məğlubiyyətdən danışdı: "Deyəcək bir sözüm var..."

"Doğrusu, oyunla və məğlubiyyətlə bağlı deyəcək bir sözüm var: yazıq. Bu nəticəyə görə təkcə üzülmədik, həm də utandıq. İlk 10 dəqiqədə hesabda 0:3 geriyə düşmək çox çətindir. Məğlubiyyət ola bilər, amma bu gün mübariz

Meyxanaçı Vüqar 90 dəqiqəyə 144 min MANAT QAZANDI - İNANILMAZ

Dünən "Çempionlar liqası"nın qrup mərhələsində "Real Madrid" və "Qalatasaray" komandalarının oyunu baş tutub. -a istinadən xəbər verir ki, tanınmış meyxanaçı Vüqar oyundan əvvəl Topazda İspaniy

Teymur Rəcəbovdan növbəti heç-heçə

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Almaniyanın Hamburq şəhərində keçirilən FİDE-nin Qran-pri turnirində növbəti görüşünü başa vurub. -ın məlumatına görə, 32 yaşlı qrossmeyster 1/8 final mərhələsinin ikinci duelində Rusiy

Azərbaycanlı kriminalist Makedoniyada fəxri kürsüdə - FOTO

Makedoniyanın Skopye şəhərində şotokan karate-do üzrə keçirilən Avropa çempionatı yekunlaşıb. məlumat verir ki, noyabrın 1-dən 3-dək davam edən turnirdə bir neçə çəki dərəcəsində medalçılar müəyyənləşib. Yarışda iştirak edə

Qurban Qurbanov: "Çalışacağıq ki..."

"Sabah rəqib həddindən artıq istəkli ola bilər. APOEL doğma meydanında oynayacaq. 90 dəqiqə eyni tempi qoruyub saxlaya və ancaq hücumda ola bilmərik. Hücumlarımız müdafiədən və əks-hücumlar üzərində ola bilər. Maksimu

"Qalatasaray" Çempionlar Liqasında ölüm-dirim mübarizəsinə çıxır

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun daha 8 görüşü keçiriləcək. -ın məlumatına görə, ikinci oyun günündə A, B, C və D qruplarında yer alan komandalar qarşılaşacaqlar. Türkiyənin turnirdəki yeganə təmsilçis

ÇL: "Borussiya Dortmund"dan geri gönüş, "Napoli" xal itirdi

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin dördüncü turuna start verilib. xəbər verir ki, turun birinci oyun günündə E, F, G və H qruplarında 8 qarşılaşmada qapılara ümumilikdə 29 qol vurulub

Slovakiya millimizlə oyun üçün heyətini açıqladı

AVRO-2020-nin seçmə mərhələsində noyabrın 19-da, saat 23:45-də, Anton Malatinskiy stadionunda Azərbaycan millisi ilə qarşılaşacaq Slovakiya yığmasının heyəti açıqlanıb. -ın məlumatına görə, rəqibimiz yığmamıza qarşı aşağıdak


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber az en son xeberler bu gun xəbər az dunya xeberleri