"Avangard Travel" şirkətinin təsisçisi və direktorunun məhkəməsi başlayır

"Avangard Travel" şirkətinin təsisçisi və direktorunun məhkəməsi başlayırSahibkarlıq fəaliyyəti adı altında qanunsuz əməllər törədən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Open.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkəmizdə sahibkarlığın inkişafı sahəsində yaradılmış şəffaf və rəqabətqabiliyyətli mühitdən sui-istifadə etməklə vətəndaşların hüquqlarını pozan fiziki və hüquqi şəxslərə qarşı prokurorluq orqanları tərəfindən hüquqi tədbirlərin görülməsi davam etdirilir.
Belə tədbirlərdən biri kimi, "Avangard Travel" MMC-nin direktoru vəzifəsində işləmiş Nağıyeva Yeganə Ələddin qızı və həmin şirkətin təsisçisi Nağıyev Ədalət Tağı oğlunun vəzifə səlahiyyətlərinin icrası zamanı qanun pozuntularına yol vermələri barədə Baş Prokurorluğun rəsmi instaqram səhifəsində keçirilən "sual-cavab" sessiyası zamanı daxil olmuş çoxsaylı vətəndaş müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.
Aparılan istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Yeganə Nağıyevanın əri Ədalət Nağıyev ilə birlikdə özlərini turizm sahəsində uzun müddət ərzində işləyən peşəkar şəxslər kimi təqdim edib birgə biznes fəaliyyəti quraraq yüksək gəlir əldə edəcəkləri barədə yalan vəd verilməsi yolu ilə ümumilikdə 16 şəxsə cəmi 2 milyon 583 min manat məbləğində ziyan vuraraq dələduzluq etmələrinə dair əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Yeganə Nağıyevanın Ədalət Nağıyev ilə qabaqcadan əlbir olaraq 2019-2020-ci illər ərzində ayrı-ayrı ölkələrə səyahət etmək üçün şirkətə müraciət edən ümumilikdə 73 vətəndaşı tur paketləri və aviabiletlərin guya adi və güzəştli şərtlərlə satışının həyata keçirilməsi adı ilə aldadaraq həmin şəxslərin cəmi 652 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Habelə, Yeganə Nağıyevanın Ədalət Nağıyev ilə birlikdə 2020-ci ilin iyun ayında xarici ölkədən mobil telefonlar alıb ölkə ərazisində sataraq birgə qazanc əldə edəcəkləri adı ilə vətəndaşdan 6 min 900 manat məbləğdə pul vəsaitini alıb öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı hər iki şəxs Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə Yeganə Nağıyeva barəsində məhkəmənin qərarı ilə həbs, Ədalət Nağıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib, cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.
İbtidai istintaq dövründə vurulmuş ziyandan 902 min manat vəsaitin ödənilməsi təmin edilib, həmçinin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Ədalət Nağıyevə məxsus 203 min manat dəyərində daşınmaz əmlak üzərinə həbs qoyulub.
Eləcə də, hüquqi şəxs "Avangard Travel" MMC barəsində həmin məcəllənin 308.2-ci maddəsinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair icraata başlanılıb.


SONXEBERLER.AZ
Hadisə     Baxılıb: 22   Tarix: 07 aprel 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Azərbaycanda 16 yaşlı oğlan intihar etdi

Gədəbəy rayonunda 16 yaşlı oğlan intihar edib. xəbər verir ki, hadisə rayonun Pərizamanlı kəndində qeydə alınıb. 2005-ci il təvəllüdlü Şöhrət Vüqar oğlu İbrahimov yaşadığı evin həyətində özünü asıb. Həmin gün rayonun Əmiraslanl

Azərbaycanda daha iki general həbs edildi - RƏSMİ

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri, generallar Mövlan Şıxalıyev və Nizami Şirinov saxlanılıb. xəbər verir ki, hər iki şəxs Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib. Daha sonra Nəsim

Sumqayıtda ev, Şəkidə avtomobil yanıb

Sumqayıt şəhərində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib

Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilib

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub

Bakıda avtomobil yanıb

Bakıda avtomobildə yanğın hadisəsi olub. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın Suraxanı rayonunda "Toyota" markalı minik avtomobilinin salonu yanıb

MTN generallarının həbs edilməsinin səbəbləri açıqlanıb

Azərbaycan Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə məruz qalmalarına dair ayrı-ayrı şəxslərin müraciətləri ilə əlaqədar əvvəllər başlanmış cinayət iş

Göygöldə toy məclisi dayandırıldı, 29 nəfər cərimələndi - FOTO

Göygöl rayonunda toy məclisi aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan -a verilən məlumata görə Göygöl rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən "Helendorf" restoranınd

Əsgərin intiharı ilə bağlı cinayət işi açılıb

Hərbi hissədə intihar edən İsmayılov Əli Arif oğlunun ölümü ilə bağlı cinayət işi açılıb. Hərbi Prokurorluğun Mətbuat Xidmətindən -a verilən məlumata görə, 29 mart 2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin N saylı hərb

Şəmkirdə qadın qohumu tərəfindən qətlə yetirilib

Şəmkir rayonunda qətl hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 5-də rayonun İrmaşlı kənd sakini Aybəniz Alıyevanın döş qəfəsində bıçaq xəsarətlər

Güclü külək Bakı və ətraf yaşayış massivlərində qaz təsərrüfatına ziyan vurub

Aprelin 6-sı səhər saatlarında Bakı və ətraf yaşayış massivlərində əsən güclü külək qaz təsərrüfatına ziyansız ötüşməyib. Bu barədə -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyində

Bakı sakini özünü 9-cu mərtəbədən atdı

Bakıda intihar hadisəsi baş verib. xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, orada yaşayan 65 yaşlı Gülağa Məmmədov özünü çoxmərtəbəli binanın 9-cu mərtəbəsindən ataraq intihar edib

Vətəndaşlara qarşı 40 min manatlıq dələduzluq edən "vəzifəli şəxs" həbs edildi

Özünü dövlət orqanının vəzifəli şəxsi kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq edən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber az son xeberler bugun 2021 canli son xəbərlər bugün 2021 cəbhədən şad xəbər