Ananın azyaşlı oğlunu şişlə dağlamasının təfərrüatı məlum olub

Ananın azyaşlı oğlunu şişlə dağlamasının təfərrüatı məlum olubTərtər rayonunda ana azyaşlı oğlunu şişlə dağlayaraq işgəncə verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Open.az xəbər verir ki, Tərtər rayonunun Azad Qaraqoyunlu kənd sakini, işgəncələrə məruz qaldığı iddia olunan azyaşlının anası Könül Dünyamalıyeva "Report"un Qarabağ Mərkəzinə hazırda boşanmaq üzrə olduqları və uşağın atasının aliment ödəməməsi üçün şər-böhtan xarakterli məlumatlar yaydığını bildirib: "2010-ci ildə Laçın rayon məcburi köçkünü Rafiq Dünyamalıyevlə ailə həyatı qurmuşuq. Bu izdivacdan biri oğlan, biri qız olmaqla iki övladımız var. Bir ildən çoxdur ki, həyat yoldaşımdan ayrı yaşayırıq. Rəsmi olaraq ayırlmasaq da, 5 yaşlı qızımız mənimlə, 9 yaşlı oğlumuz atası ilə birgə qalır. Boşanmaq üçün Tərtər Rayon Məhkəməsində müraciət etmişik. Hazırda rayon məhkəməsində işə baxılır. Yayılan xəbərlər tamamilə əsassız və uşağın atasının rəsmi olaraq boşandıqdan sonra aliment ödəməməsi üçün uydurmalarıdır".
"Report"un Qarabağ Mərkəzinin əməkdaşları azyaşlının anası Könül Dünyamalıyevanın fikirlərinə aydınlıq gətirmək üçün qarşı tərəf olan, Bərdə rayonunun Soğanverdilər kəndində məskunlaşan Laçın rayonundan olan məcburi köçkün, azyaşlı oğlanın atası Rafiq Dünyamalıyevlə görüşüb.
O, bildirib ki, uşaq xəstə olduğu üçün 9 ay əvvəl müalicəsi üçün anasının yanına göndərib və hadisə də uşağın anasının yanında olduğu zaman baş verdiyini bildirib: "Uşağı anasının yanına göndərdikdən bir neçə gün sonra mənə zəng edərək anasının onu döydüyünü, işgəncə verdiyi dedi. Mən də getdim uşağı öz yanıma gətirdim. Gördüm ki, uşağın anası Könül Dünyamalıyeva şişi qaz sobasında qızdıraraq azyaşlının bud, çanaq, qol və əlinə basıb. Bu hadisədən sonra uşağı gətirərək öz yanımda saxladım. Daha sonra uşağın yaralarının ciddi olduğunu görüb, polisə məlumat verdim".
Qeyd edək ki, Tərtər rayonunun Azad Qaraqoyunlu kənd sakini Könül Bəhlul qızı Dünyamalıyevanın himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü Telman Rafiq oğlu Dünyamalızadəyə işgəncə verməsi ilə bağlı məlumat yayılıb.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. /open.az


SONXEBERLER.AZ
Hadisə     Baxılıb: 39   Tarix: 12 fevral 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Qarda "Niva"yla "avtoş"luq edənlər həbs edildi

Xızıda avtoxuliqanlıq edən gənclər tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan -a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi (RPŞ) Dövlət Yol Polis (DYP) Bölməsini

Telefonları üzərində gizlədərək ölkəyə keçirmək istədi

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Audi A4" markalı minik nəqliyyat vasitəsil ilə gələ

Şirkətdən 7 min manatlıq oğurluq etdi

Bakıda şirkətdən oğurluq edən şəxs tutulub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Suraxanı Rayon polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarı

Buzlu yollarda 5 nəfər xəsarət aldı

Hava şəraiti ilə əlaqədar Bakıda təcili yardıma 5 müraciət daxil olub. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"ndən -a verilən məlumata görə, müraciət edənlərin diz qapağının, sağ baldırın və sağ topuğun əzilməsi

Kəpəzdə iki maşın toqquşub - Ölən var

Kəpəz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, fevralın 10-da saat 23 radələrində Kəpəz rayonu ərazisində Gəncə şəhər sakinləri Vüsal Bəhramo

Kiara qasırğası Belçika və Niderlandda dağıntılar yaradıb

Belçikanın və Niderlandın bir hissəsinin üzərindən keçmiş Kiara qasırğası həmin ərazilərdə dağıntılara səbəb olub. xəbər verir ki, qasırğanın nəticələri kimi adı çəkilən ölkələrdə kökündən qopmuş ağaclar, əzik-üzük olmu

Bakıda axtarışda olan 15 nəfər saxlanıldı

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində baş verən cinayət hadisələrinin statistik məlumatlarını yayıb. BŞBPİ-in Mətbuat Xidmətindən -a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilə

Bakıda marketdə qətl törətdi, tutuldu

Bakıda qətl törədən şəxs saxlanılıb. Bu barədə -a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, BŞBPİ-nin Cinayət-Axtarış İdarəsi, Xətai RPİ CAŞ və 36-cı PB əməkdaşlarının birgə keçirdiy

Göyçay sakinindən tüfəng götürülüb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə uğurlu əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunda

Gədəbəydə yaşlı qadın evində diri-diri yandı

Gədəbəy rayonunun Düz Rəsullu kəndində ümumi sahəsi 420 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları və dam örtüyü 250 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə

Şəkidə sürücüyə xəsarət yetirildi - Maşından 20 min manat aparıldı

Şəkidə sürücüyə xəsarət yetirərək avtomobildən 20 min manat aparılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən -a verilən məlumata görə, fevralın 3-də saat 22 radələrində Şəki şəhərinin Cəfərabad kəndi ərazisind

Axtarışda olan şəxsin evindən 3 kq-dan çox narkotik çıxıb

Abşeronda axtarışda olan şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən -a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayə


yeni xeberler son xeberler azerbaycan xeberleri butun xeberler sosial yardim sonxeber azerbaycanda son xeberler