Altı aydan çoxdur bağlı olan Bakı metrosunda hansı işlər görülür? - RƏSMİ + FOTO

Altı aydan çoxdur bağlı olan Bakı metrosunda hansı işlər görülür? - RƏSMİ + FOTOAltı aydan çoxdur bağlı olan Bakı metrosunda hansı işlər görülür? - RƏSMİ + FOTO
"Nərimanov" elektrik deposunda qatarlara texniki-baxış sahəsi olan qanovların yenidən qurularaq əsaslı təmir olunması işləri mərhələli şəkildə davam etdirilir. Növbəti üç qanovda işlərin yekunlaşdırılması ilə müasir standartlar səviyyəsində təmir olunan qanovların sayı 9-a çatdırılıb.
Bu barədə Oxu.Az-a "Bakı Metropolitenin"dən məlumat verilib.
Bildirilib ki, ümumən, bu işlər "Nərimanov" elektrik deposunda aparılan silsilə yenidənqurma tədbirlərinin bir hissəsidir.
Buna qədər qaldırma təmiri və digər xidməti sahələrdə yenidənqurma tədbirləri aparılmaqla yeni alınan avadanlıqlar və tətbiq edilən stendlər də daxil olmaqla, işin ardıcıllığı, əmək şəraiti və təhlükəsizliyi, keyfiyyəti və səmərəsi artırılıb.
Onu da qeyd etmək lazımdır ki, 1966-cı ildə fəaliyyətə başlamış deponun qanovlarında irihəcmli təmir-bərpa işləri aparılmayıb və bu tədbirlər həm də dövrün tələbinə çevrilib.
Əsaslı təmir çərçivəsində qatarların əsas dayanacaq yeri olan qanovların ilkin mərhələdə yolları sökülüb. Daha sonra yeni beton özül qoyulmaqla, dərinliyinin normativ göstəricilərə uyğunluğu yoxlanılmaqla müvafiq tədbirlər görülüb. Yolun üstquruluş elementləri də tamamilə dəyişdirilərək, müasir rels altlıqları, birləşdirici elementlər tətbiq edilib. Texniki baxış-təmir sahəsinin hər iki başında baş vaqonlara daxil olmaq üçün yeni pilləkən konstruksiyası qurulub, döşəmə və divarları suvanaraq rənglənib.
Müasir texniki-normativ tələblər səviyyəsində yenidən qurulmuş qanovların elektrik və işıqlanma, həmçinin drenaj sistemləri tamamilə yenilənib.
Qatarların baş vaqonunun ön hissəsinin təmizlənməsi məqsədilə sahənin girişində xüsusi mexanizmlər quraşdırılıb.
Qanovlardan depo yollarına çıxan sahə də əsaslı şəkildə yenilənir. Burada yol yatağı, çınqıllı bünövrə üzərində qurulur, dəmir-beton şpallar düzülür. Onu da əlavə edək ki, depo və park yollarında dəmir-beton şpalların tətbiqi də genişləndirilib və bu günə qədər 6 minə qədər ağac- şpal dəmir-beton analoqu ilə əvəzlənib. Bu isə yollara qulluğu asanlaşdırıb, eyni zamanda, onların daha uzunömürlü olması, ölkə daxilində istehsal edilməsi çox böyük qənaət və səmərə deməkdir.
Tədbirlər çərçivəsində yolun üstquruluşu avadanlıqları və təmas relsi də yenilənir və mərhələli şəkildə davam etdirilir.
Altı aydan çoxdur bağlı olan Bakı metrosunda hansı işlər görülür? - RƏSMİ + FOTOAltı aydan çoxdur bağlı olan Bakı metrosunda hansı işlər görülür? - RƏSMİ + FOTOAltı aydan çoxdur bağlı olan Bakı metrosunda hansı işlər görülür? - RƏSMİ + FOTOAltı aydan çoxdur bağlı olan Bakı metrosunda hansı işlər görülür? - RƏSMİ + FOTOQeyd edək ki, Azərbaycanda koronavirus pandemiyasının yayılması səbəbindən Bakı metrosu altı aydan çoxdur sərnişinlərə xidmət göstərmir.


SONXEBERLER.AZ
Sosial     Baxılıb: 18   Tarix: 04 may 2021
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Dövlət Agentliyindən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Dövlət Agentliyindən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi Xəzər dənizi akvatoriyasında müşahidə edilən hava şəraiti ilə əlaqədar xəbərdarlı

Salyanda 32 yaşlı qadının meyiti tapılıb - VİDEO

Salyanda 32 yaşlı qadının meyiti tapılıb - VİDEO. Salyanda evdə 32 yaşlı qadının meyiti aşkar edilib. Baku TV xəbər verir ki, hadisə rayonun Xəlil Rza küçəsində qeydə alınıb. Cəlilabad sakini, 1989-cu il təvəllüdlü Quliyev

AZAL Bakı-Mineralnıye Vodı-Bakı istiqaməti üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır - VİDEO

AZAL Bakı-Mineralnıye Vodı-Bakı istiqaməti üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır - VİDEO.  "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiya Federasiyasının digər bir şəhərinə – Mineralnıye Vodı - aviabile

Bu gecə ikinci Qədr gecəsidir

Bu gecə ikinci Qədr gecəsidir. Bu gecə Azərbaycanda Ramazan ayının ikinci Qədr (əhya) gecəsidir. xəbər verir ki, Ramazan ayının ikinci Qədr gecəsi mayın 3-dən 4-nə keçən gecəyə təsadüf edir. Ramazanın üçüncü Qədr gecəsi is

Bakı sakini "Lotu Quli"yə görə bıçaqlanıb

Bakı sakini "Lotu Quli"yə görə bıçaqlanıb. Hadisə Nadir Səlifovun qətlindən iki həftə sonra baş verib. Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən 2003-cü il təvəllüdlü İ.Həsənovu

Daxili İşlər Nazirliyi bələdiyyə sədrini cərimələdi - FOTO

Daxili İşlər Nazirliyi bələdiyyə sədrini cərimələdi - FOTO. Mayın 1-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində keçirilən tədbir zamanı qəsəbə ərazisində sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilib. . Bu barəd

"Bir ağac bir nəfəs" devizi ilə ağacəkmə aksiyası keçirilib - FOTO

"Bir ağac bir nəfəs" devizi ilə ağacəkmə aksiyası keçirilib - FOTO. "Nəfəs" İctimai Birliyi Huner Group-un dəstəyi ilə birgə aprelin 30-da "Bir ağac bir nəfəs" devizi altında genişmiqyaslı ağacəkm

Sabahın hava proqnozu: Gilavar əsəcək

Sabahın hava proqnozu: Gilavar əsəcək . Mayın 4-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, mayın 4-də Bakıda v

Hava pisləşəcək - XƏBƏRDARLIQ

Hava pisləşəcək - XƏBƏRDARLIQ. Mayın 5-i səhərdən 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-25 m/s, mayın 5-i gündüz yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-də

Xələf Xələfov: "Azərbaycanın pandemiya ilə mübarizədə beynəlxalq əməkdaşlığı daha da genişlənəcək

Xələf Xələfov: "Azərbaycanın pandemiya ilə mübarizədə beynəlxalq əməkdaşlığı daha da genişlənəcək". "Koronavirus əleyhinə "Sputnik V" vaksininin ilk partiyasının Azərbaycan gətirilməsi Rusiya il

FIDE prezidenti Azad Rəhimovun vəfatı ilə əlaqadar başsağlığı verib

FIDE prezidenti Azad Rəhimovun vəfatı ilə əlaqadar başsağlığı verib. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığ

Viktor Qasımov: "Sputnik V" yüksək effektivliyə malikdir

Viktor Qasımov: "Sputnik V" yüksək effektivliyə malikdir". "Bildiyiniz kimi dünyada koronavirus pandemiyası davam edir və artıq iki ildir biz bu vəziyyətdə yaşayırıq. Xəstəliklə mübarizədə dünya ölkələr


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər cəbhədən son xeber cəbhədən canlı maliyye xeberler bugun