Almaniyada Gəncə terroruna qarşı etiraz aksiyası keçirildi

Almaniyada Gəncə terroruna qarşı etiraz aksiyası keçirildiAlmaniyada Gəncə terroruna qarşı etiraz aksiyası keçirildi
Almaniyanın Köln şəhərində Alman Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən icazəli aksiya təşkil edilib. Şəhərin "Roncalliplatz" meydanı adlanan ərazisində baş tutan aksiyada azərbaycanlı icmasının Köln şəhərində və ətraf ərazilərdə yaşayan üzvləri iştirak edib.
Bununla bağlı Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Aksiyada işğalçı Ermənistan ordusunun Azərbaycanın Gəncə şəhəri və digər yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutması, humanitar atəşkəs barədə razılaşma əldə olunmasına baxmayaraq ermənilərin daha da azğınlaşaraq riyakar siyasət həyata keçirməsi kəskin şəkildə pislənilib. Mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasına, mülki infrastrukturun dağıdılmasına kəskin etiraz bildirilib.
İştirakçılar müxtəlif dillərdə "Qarabağ Azərbaycandır!", "Azərbaycan sülh istəyir!", "Gəncə cəbhə bölgəsi deyil!", "Mülki insanlar toxunulmazdır!", "Biz terrora "Yox" deyirik!", "Erməni terrorçuluğuna son qoyun!", "Uşaq ölümünə son qoyun!", "Ermənistan - BMT qətnamələrinə əməl et!" və s. şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları çıxışlarında Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı haqlı mübarizəni dəstəklədiklərini bildirib, beynəlxalq ictimaiyyəti Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulması üçün ədalətli mövqe nümayiş etdirməyə çağırıblar.
Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində gecə saat 2 radələrində Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, 4-ü qadın olmaqla 10 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı uşaq olmaqla, 35 nəfər yaralanıb. /oxu.az


SONXEBERLER.AZ
Sosial     Baxılıb: 37   Tarix: 17 oktyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Həftəsonu ictimai nəqliyyat işləməyəcək

Həftəsonu ictimai nəqliyyat işləməyəcək. Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat həftəsonu işləməyəcək. Bu barədə Nazirlər Kabinet

Hacıqabulda ruhi xəstə yanaraq öldü

Hacıqabulda ruhi xəstə yanaraq öldü. Hacıqabul şəhəri Natəvan küçəsi, ev 6-da ölüm hadisəsi qeydə alınıb. . APA-nın məlumatına görə, Hacıqabul şəhər sakini, 1969-cu il təvəllüdlü Kərimov Yavər Abuzər oğlu yaşadığı fərdi yaşayı

Soydaşlarımız Ankarada Fransa səfirliyinin qarşısında aksiya keçirib - FOTO

Soydaşlarımız Ankarada Fransa səfirliyinin qarşısında aksiya keçirib - FOTO. Türkiyədə yaşayan soydaşlarımız Ermənistanın ölkəmizə qarşı terroruna etiraz əlaməti olaraq aksiya keçirib. Aksiya paytaxt Ankarada Fransa Respublikasını

Baş Prokurorluq: Ermənilərin səhnələşdirdiyi videolar təxribat xarakteri daşıyır

Baş Prokurorluq: Ermənilərin səhnələşdirdiyi videolar təxribat xarakteri daşıyır. Son günlər bəzi sosial şəbəkə istifadəçiləri, o cümlədən Инфотека24 və digər xarici kütləvi informasiya vasitələri tərəfindən guya Azərbayca

Xocavəndin daha üç kəndi işğaldan azad olundu - Xəbərlərin 20:00 buraxılışı

Xocavəndin daha üç kəndi işğaldan azad olundu - Xəbərlərin 20:00 buraxılışı. Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. Prezident İlham Əliyev rəşadətli ordumuzun işğaldan azad etdiyi kəndlərin adlarını açıqladı. Qafqa

Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizi ilə 27,2 milyon ton yük daşınıb

Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizi ilə 27,2 milyon ton yük daşınıb. 2020-ci ilin yanvar-avqust aylarında Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizinin Azәrbaycan hissәsindә daşınmış yüklәrin hәcmi 27 milyon 170,5 min ton olub

Cəbhə zonasında bir çox kəndlərin qazla təminatı bərpa edildi

Cəbhə zonasında bir çox kəndlərin qazla təminatı bərpa edildi. Cəbhə zonasında yaranmış gərgin vəziyyətlə bağlı olaraq, uzun müddət qaz təchizatı dayandırılmış bəzi yaşayış məntəqələrinə qazın verilişi bərpa edilməkdədir

DYP vətəndaşlara müraciət etdi

DYP vətəndaşlara müraciət etdi. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il fərmanı ilə Respublikanın bütün ərazilərində 2020-ci il 28 sentyabr tarixi saat 00:00-dan hərbi vəziyyət elan edilmiş, həmçini

Bir sıra ərazilərimiz işğaldan azad olundu - Xəbərlərin xüsusi buraxılışı

Bir sıra ərazilərimiz işğaldan azad olundu - Xəbərlərin xüsusi buraxılışı. Baku TV-nin canlı yayımında xəbərlərin xüsusi buraxılışıdır. . Ölkədə və dünyada baş verən ən son hadisələri canlı yayımda izləyin:

DTX-dan erməni terroru təhlükəsi barədə XƏBƏRDARLIQ

DTX-dan erməni terroru təhlükəsi barədə XƏBƏRDARLIQ. Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlara əsasən, Ermənistan xüsusi xidmət orqanları cəbhədə öz ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədil

TƏBİB rəsmisindən qorxulu proqnoz: "Yoluxma sayı yaydakını ötə bilər

TƏBİB rəsmisindən qorxulu proqnoz: "Yoluxma sayı yaydakını ötə bilər". "Son günlər Azərbaycanda koronavirusa (COVID-19) yoluxma faktında artım müşahidə olunur. Bu gün yoluxma sayı 500-ü keçib. Bu, vətəndaşları

Prezident işğaldan azad olunan 6 kəndin adını açıqladı - Xəbərlərin 20:00 buraxılışı

Prezident işğaldan azad olunan 6 kəndin adını açıqladı - Xəbərlərin 20:00 buraxılışı. Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. 1. Prezident İlham Əliyev işğaldan azad olunan daha bir neçə kəndin adını açıqladı…. 2. Qocaları


son xeberler yeni xeberler azerbaycan xeberleri enson xeberler sonxeber az en son xeberler gunun xeberleri