Allergiya nədir?

Allergiya nədir?Allergiya-immun sisteminin adətən zərərsiz maddələrə belə göstərdiyi kəskin reaksiyadır. O, ciddiliyindən asılı olaraq bədənin müxtəlif yerlərində yarana, bir neçə gündən bir neçə saata qədər davam edərək müşahidə oluna bilər.
Allergiya bəzi heyvan növlərinin tüklərinə, müxtəlif ərzaqlara, toza, dərman preparatlarına, kimyəvi məhsullara, həşərat sancmalarına və çiçək tozlarına qarşı yarana bilər. Allergiyaya səbəb allergen adlı maddələrdir. Bəzən allergiya hətta o qədər zəif ola bilər ki, siz hətta allergiyadan əziyyət çəkdiyinizi hiss edə bilməzsiniz. Lakin bəzi hallarda isə allergiya dediyimiz həyat üçün çox təhlükəli hal yarada bilər. Allergiyadan əziyyət çəkən insanlarda çox ciddi patoloji vəziyyət olan anafilaktik şok yarana bilər. Buna səbəb isə orqanizmin allergene qarşı kəskin reaksiyasıdır.
Anafilaktik şok müxtəlif allergenlərdən yarana bilər: dərman preparatlarındna, həşərat sancmalarından və qida məhsullarından. Anafilaktik şok hətta dərinin lateks adlanan bitkiyə toxunmasından belə yarana bilər. Qida allergiyası immun sisteminin müəyyən qida məhsullarına qarşı göstərdiyi bir reaksiyadır. Bu allergiya növü orqanizmin hər hansısa bir qida məhsulunu onun üçün təhlükəli olaraq qəbul etməsi zamanı yaranır və özünümüdafiə üçün immun sistemini antikor istehsal etməyə məcbur edir.
Bəzi hallarda böyük yaşlı insanlarda uşaq vaxtı müşahidə olunan allergiya keçib gedir. Lakin allergiya böyük yaşlarda yaranıbsa ondan azad olmaq çox çətindir. Allergik zökəm (mütəxəssislər bunu rinit adlandırır) 10 nəfərdən 1-də müşahidə olunur və bu adətən irsi keçmədir.
Belə allergiya əsasən kişilərdən çox qadınlarda yaranır. Allergik zökəm zamanı yaranan simptomlar: gözlərdə, burunda, boğazda və damaqda qaşınmalar, asqırma, burun tutulması, göz yaşarması, burundan axan seliklikli axıntı, konyuktivit (gözlərdə ağrı və qızartı). Bəzi ağır hallarda isə allergik zökəm astma yaradır (astmadan əziyyət çəkən insanlarda).
Allergiyanın yaranma səbəbləri
Bəzi insanlarda immun sistemi müəyyən maddələrə (allergenler) kəskin reaksiya verərək müxtəlif kimyəvi maddələr istehsal edir. Onlardan biri allergik  simptom yaradan histamindir. Orqanizmin reaksiyası (allergen, qida qəbulunda) tənəffüs və dəri kontaktı ilə yaranır. Allergenlər  heyvan tükləri, narın tüklər, müxtəlif ərzaqlar, toz, dərman preparatları, kosmetik məhsullar, siqaret tüstüsü ola bilər.
Allergiyanın simptomları
Allergik reaksiyalar bədənin müxtəlif yerlərində yaranaraq bir neçə saatdan bir neçə günə qədər davam edə bilər.
-yuxarı tənəffüs yolları: allergik rinit, astma;
-qızarmış, sulanmış gözlər;
-əzələ ağrıları;
-ishal, qusma, mədə pozuntusu.
Ağırlaşmaları:
-anafilaktik şok (kəskin allergik reaksiya)
-ağırlaşmış və ya xırıltılı nəfəs;
-sürətli nəbz;
-soyuq tər;
-yapışqan dəri;
-mədə spazmları;
-başgicəllənmə;
-ürəkbulanma;
-qıcolmalar.
Tibbi müdaxilə olmadan ağır allergiya ölümlə nəticələnə bilər.
Allergiya zamanı profilaktik tədbirlər
Çalışın sizdə allergiya yaradan məhsulları müəyyən edə biləsiz və onlardan hər zaman uzaq olasınız. Evinizin hər zaman təmiz olmasına, toz, tük və gənələrdən təmizlənməsinə nəzarət edin. Evinizi süpürərkən, tozsoranla təmizləyərkən, mebelləri çırparkən, yataq dəstini dəyişərkən və ümumiyyətlə tozla bağlı digər işlərlə məşğul olarkən çalışın burnunuzu bağlayın (təmiz tənzif və ya maskayla). Heyvanlara qarşı allergiya varsa evdə heyvan saxlamayın.
Əgər sizdə ağır dərəcəli allergiya varsa ailə üzvlərinizi iş yoldaşlarınızı və həkiminizi xəbərdar etməyi unutmayın!
Milli.Az /news.milli.az


SONXEBERLER.AZ
Sağlamlıq     Baxılıb: 24   Tarix: 16 sentyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Timsah əti haqqında

Timsahlar yer üzünə 190 milyon il əvvəl gəlib. Onlar dünyanın ən qorxulu heyvanlarından hesab edilir. Timsahların uzunluğu 7 metrə qədər ola bilir. Onlar tropik sularda, bataqlıqlarda və göllərdə yaşayırlar.  Timsahlar Ye

Bu xəstəlik COVID-19-un ağır formasından QORUYUR

Alimlər allergik astmanın koronavirusa qarşı qoruyucu amil ola biləcəyini söyləyib. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Karaulov açıqlama verib. "Astma koronavirusa qarşı qoruyuc

Artrit ağrılarını azaldan təbii vasitə tapılıb

 AZƏRTAC-a istinadən bildirir ki, yeni araşdırma revmatoid artrit ilə əlaqəli ağrıları minimuma endirməyə kömək edən səmərəli vasitə olan itburnu meyvəsinə işarə edir. Adətən bu vəziyyəti müalicə etmək üçün qeyri-steroi

COVİD-19 insanların həyat tərzinə necə təsir edib? - Rəsmi Açıqlama

Özünütəcrid rejimi insanların həm gündəlik həyat tərzlərini dəyişdi, həm də onların psixoloji qeyri-sabitliyini üzə çıxarıb. bildirir ki, bunu Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri

Diş ağrısı niyə gecələr başlayır?

Diş ağrısı ən pis ağrılardan biridir. Xüsusi ilə də gecə yatarkən, yuxumuzun ən şirin yerində başlayan bu ağrının səbəbi nədir? Niyə diş ağrısı xüsusi ilə gecə başlayır?. -a istinadən mövzu ilə bağlı araşdırmanı təqdim edir:

Qulaq çöpünə nə çıxır? - Ləkəyə bax, xəstəliyini tanı

Əgər qulaq çöpünün üzərində qan ləkəsi, sarı rəngli maye görürsüzsə bu, sizdə aşağıdakı problemlərin olduğuna işarədir. -a istinadən qulaqda yaranan problemləri tez zamanda müəyyən edə biləcəyiniz üsulları təqdim edir:. 1

Payız-qış aylarında özümüzü infeksiyalardan necə sığortalaya bilərik? - DİETOLOQ XƏBƏRDARLIĞI

Həkim Ləman Süleymanova koronavirus pandemiyası səbəbilə elan edilən karantin müddətində əhali arasında kökələnlərin kəskin artdığını bildirib. bildirir ki, ekspert -a verdiyi müsahibədə payız aylarında xəstəliklərdən qorunm

COVID-19 insan beynini "yeyir" - ARAŞDIRMA

SARS-CoV-2 virusunun hüceyrələri beyində çoxalaraq sağlam hüceyrələri də sıradan çıxarır. xəbər verir ki, bu fakt beynəlxalq mütəxəssislərdən ibarət araşdırma komissiyasının apardığı analizlər nəticəsində ortaya çıxıb. Laboratoriy

Dəniz kələminin faydaları

Dəniz kələmi yeyilən dəniz məhsullarındandır. Qədim zamanlarda dəniz kələmindən asan yolla əldə edilən dəniz məhsulu olduğuna görə istifadə ediblər. Onun tərkibi yetərincə minerallar və vitaminlərlə zəngindir. Keçmişdə dəni

Kokteylin faydaları

Kokteyl alkohollu və alkoholsuz içkilərin qarışımından hazırlanan içkidir. Kokteyl servis edilərkən onun miqdarını 150 ml-dən çox artırmırlar. Kokteylin tərkibində bir çox komponentlər var. İlk dəfə kokteyl və onun hazırlanmas

Dəniz ilbizi (səkkizayaqlı)

Səkkizayaqlı dəniz ilbizi ən məşhur buğumayaqlılardandır. Dəniz ilbizinin qisa və yumşaq bədəni və qıvrılaraq ovunu tuta bilən səkkiz ayağı var. Onun bədənini örtən və çanağını qapayan dərisi nazik dəri torbanı xatırladır

Dəniz darağı nədir və orqanizmə hansı faydaları var?

Dəniz darağı ikiayaqlı dəniz molyusklarındandır. Dəniz darağı suyun çox dərinliklərinə qədər enə bilir. Dəniz darağı arxa tərəfdən enli olan və qulağa bənzəyən çanağın içərisində yerləşir. Dəniz darağı molyuskunun ölçülər


azerbaycan xeberleri son xeberler yeni xeberler axsam az xeberler az xeber sosial yardim sonxabar az