Ali Radanın komitə rəhbəri Gəncənin atəşə tutulması ilə bağlı: Siz tək deyilsiniz, Ukrayna sizinlədir!

Ali Radanın komitə rəhbəri Gəncənin atəşə tutulması ilə bağlı: Siz tək deyilsiniz, Ukrayna sizinlədir! Ali Radanın komitə rəhbəri Gəncənin atəşə tutulması ilə bağlı: Siz tək deyilsiniz, Ukrayna sizinlədir!
"Döyüş bölgəsində yerləşməyən dinc Gəncə şəhərinin gecə atəşə tutulması nəticəsində çox saylı qurbanlarla əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Ukraynalılar bu faciəni özlərinin faciəsi kimi qəbul edirlər".
Bu barədə Media.Az-a verdiyi müsahibədə Ukraynada "Xalqın Xidmətçisi" Partiyasından millət vəkili, Ali Radanın humanitar və informasiya siyasəti komitəsinin rəhbəri Nikita Poturayev bildirib.
Xatırladaq ki, oktyabrın 17-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri Gəncəyə raket zərbələri endirib. Hücum nəticəsində üç uşaq, dörd qadın və altı kişi olmaqla 13 nəfər ölüb, beş uşaq və 20 qadın olmaqla onlarla mülki insan yaralanıb.
"Mülki şəxslərin ölümünə səbəb olan hərəkətlər qəbuledilməzdir. Bu hadisə dünyada müvafiq qiymətləndirmə almalıdır. Ancaq bu, həmişə belə olmur və Azərbaycanda olduğu kimi Ukrayna da bununla qarşılaşıb. Yaşayış məntəqələrimiz atəşə tutulduqda, əvvəlcə dünyada buna reaksiya zəif idi. Azərbaycanın indi atəşə tutulmasına, ümumiyyətlə işğal olunmuş ərazilərində döyüş fəaliyyətlərinə dünya birliyinin diqqətini sistematik şəkildə yönəltməsi lazımdır", - deyə o, bildirib.
Müsahibin sözlərinə görə, əlbəttə ki, bu, o qədər də sadə deyil, bunu Ukrayna təcrübəsi də göstərib:
"Mən çox yaxşı başa düşürəm ki, indi bütün Azərbaycan vətəndaşlarında duyğular tüğyan edir. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqına başsağlığı verirəm. Eyni zamanda bilirəm ki, azərbaycanlı həmkarlarım sistemli şəkildə işləyə bilər, bunu müxtəlif yerlərdə, məsələn, ATƏT Parlament Assambleyasında dəfələrlə müşahidə etmişəm. Mükəmməl diplomatlarınız və siyasətçiləriniz var".
- Ukrayna Ali Radasından hər hansı bir reaksiya gözləyə bilərikmi?
- Dərhal deyəcəm - tək deyilsiniz! Konkret tarixlərdən danışırıqsa, demək çətindir. Bildiyiniz kimi, çətin epidemioloji vəziyyətlə üz-üzəyik, hansı ki, Ali Radadan da yan keçməyib. Müvəqqəti olaraq oktyabrın 20-də toplaşa bilərik, prezident Vladimir Zelenski çıxış etməlidir. Ancaq bu tarixdən əvvəl Gəncənin atəşə tutulması və ümumiyyətlə, münaqişə barədə konkret bəyanat hazırlamaq çətin olacaq. Söhbət yalnız yoluxan millət vəkillərindən getmir. Ali Radanın, komitələrin bir çox üzvləri müşahidə altındadır.
Ancaq əlbəttə ki, baş verənlər barədə Ali Radanın digər komitələrinin rəhbərləri ilə "Zoom" rejimində telefonla danışıqlara başlayacağam. Bilirsiniz ki, Azərbaycan yeni Milli Təhlükəsizlik Strategiyamızda strateji tərəfdaş adlanır və bunlar boş sözlər deyil. /oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 35   Tarix: 17 oktyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Azərbaycanın işğaldan azad etdiyi ərazilərin interaktiv xəritəsi - VİDEO

Azərbaycanın işğaldan azad etdiyi ərazilərin interaktiv xəritəsi - VİDEO. Azərbaycan Respublikasının işğaldan azad etdiyi ərazilərlə bağlı hazırlanan interaktiv xəritəsi yenilənib. . İnteraktiv xəritədə sentyabrın 27-də

Erməni həyasızlığının növbəti sübutu: Öldürülmüş azərbaycanlı körpəni özlərinki kimi təqdim etdilər - FOTO

Erməni həyasızlığının növbəti sübutu: Öldürülmüş azərbaycanlı körpəni özlərinki kimi təqdim etdilər - FOTO. Ermənilər növbəti dəfə dünya ictimaiyyətini çaşdıracaq, yanlış fikir yaradacaq yalan informasiya yayıb. Belə ki

Hikmət Hacıyev: "Düşmən döyüş meydanındakı acizliyinin qisasını xaincəsinə dinc əhalidən çıxır" - FOTO

Hikmət Hacıyev: "Düşmən döyüş meydanındakı acizliyinin qisasını xaincəsinə dinc əhalidən çıxır" - FOTO. Mənfur düşmən döyüş meydanındakı zəifliyinin, acizliyinin qisasını xaincəsinə Azərbaycanın dinc sakinlərində

Ceyhun Bayramov Gəncə cinayəti ilə bağlı beynəlxalq ictimaiyyətə məlumat verib

Ceyhun Bayramov Gəncə cinayəti ilə bağlı beynəlxalq ictimaiyyətə məlumat verib . Bu gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin növbəti dəfə raket atəşinə tutulması din

Prezident Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verdi

Prezident Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verdi. Prezident İlham Əliyev Hikmət Mirzəyevə ali hərbi rütbənin verilməsi haqqında sərəncam imzalayıb. . Sərəncama əsasən, general-mayor Hikmət İzzət oğlu Mirzəyev

İzmirdə yaşayan soydaşlarımız Gəncədə törədilən terror aktlarına etiraz edib - FOTO

İzmirdə yaşayan soydaşlarımız Gəncədə törədilən terror aktlarına etiraz edib - FOTO. Bu gün qardaş Türkiyə Respublikasının İzmir şəhərində yaşayan soydaşlarımız Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhər

Mehriban Əliyeva: "Bu cinayətə laqeyd qalmaq onun iştirakçısına çevrilmək deməkdir" - FOTO

Mehriban Əliyeva: "Bu cinayətə laqeyd qalmaq onun iştirakçısına çevrilmək deməkdir" - FOTO. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncədəki düşmən təxribatı ilə bağlı paylaşım edib. . Birinci vitse-prezidenti

İlham Əliyev böyük siyasi təcrübəyə sahibdir. Bəs Paşinyan kimdir? - MÜSAHİBƏ

İlham Əliyev böyük siyasi təcrübəyə sahibdir. Bəs Paşinyan kimdir? - MÜSAHİBƏ. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Bakının Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll olunmasına sadiq qaldığın

Prezident: "Ordumuzun Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək

Prezident: "Ordumuzun Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək". "Şanlı Azərbaycan ordusu bundan sonra da düşməni Azərbaycan torpaqlarından qovmağa davam edəcək. Füzuli əməliyyatı rəmzi məna daşıyır"

İlham Əliyevdən Ermənistanın faşist rəhbərliyinə XƏBƏRDARLIQ

İlham Əliyevdən Ermənistanın faşist rəhbərliyinə XƏBƏRDARLIQ. "Ermənistanın faşist rəhbərliyinə xəbərdarlıq edirəm ki, öz xoşu ilə qalan torpaqlarımızdan çıxsın". Bunu Azərbaycan Respublikasının Prezidenti İlha

Dövlət başçısı: "Biz birlikdə şanlı tarix yazırıq

Dövlət başçısı: "Biz birlikdə şanlı tarix yazırıq". "17 oktyabr nəinki Füzulilərin, eləcə də, Azərbaycanın tarixində əbədi yadda qalacaq. Bu, tariximiz ən parlaq səhifələrindən biridir". Bunu Azərbayca

Siz bütün Azərbaycanın bayraqdarısınız! - Ali Baş Komandana MÜRACİƏTLƏR

Siz bütün Azərbaycanın bayraqdarısınız! - Ali Baş Komandana MÜRACİƏTLƏR. Azərbaycanlılar və xarici vətandaşlar Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər. Müraciətlərdə şanlı ordumuzu


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeberler apa.az xeberler xeber xəbərlər