Adil Əliyev: "Laçının işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür

Adil Əliyev: "Laçının işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdürAdil Əliyev: "Laçının işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür"
"Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuz tərəfindən aparılan 44 günlük müharibə nəticəsində əzəli və əbədi torpaqlarımız düşmən işğalından azad edilməklə, uzun illərdən sonra ölkəmizin ərazi bütövlüyü bərpa olundu.
İşğaldakı ərazilərimizin azad edilməsi uğrunda rəşadətli ordumuz misli görünməmiş şücaət göstərdi və düşmənə vurulan amansız zərbələrin nəticəsində Ermənistan məğlub olaraq döyüş meydanından qaçdı.
Vətən Müharibəsi zamanı düşmən tam şəkildə məğlub oldu, döyüş meydanında başlayan qələbə yürüşü adekvat olaraq diplomatik masada da ölkə başçısı tərəfindən çox böyük uğurla davam etdirilir".
Bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib.
O bildirib ki, Prezident İlham Əliyevin xarici telekanallara verdiyi müsahibələr zamanı Ermənistanın təcavüzkar siyasətini bir daha dünyanın diqqətinə çatdırması, bütün dünyanın de-fakto olaraq Ermənistanı təcavüzkar ölkə kimi tanımasına gətirib çıxardı:
"Baxmayaraq ki, BMT-nin qəbul edilmiş və icra edilməmiş, kağız üzərində qalmış dörd qətnaməsinin Ermənistan tərəfindən icra edilməsi ilə əlaqədar bu vaxta qədər beynəlxalq təşkilatlar heç bir tədbir görməyiblər.
Şanlı ordumuz tərəfindən ərazilərimizin işğaldan azad edilməsi ilə yanaşı, Ermənistan məcbur qalaraq kapitulyasiya aktını imzalamaq barədə öhdəlik götürməyə məcbur oldu. Öhdəliyin icra edilməsi barədə qrafikin tərtib olunması nəticəsində ilkin olaraq Ağdam şəhəri və rayonun işğal altında olan kəndləri, 25 noyabr tarixində isə Kəlbəcər rayonunun təhvil verilməsindən sonra Laçın rayonu işğaldan azad edilməli idi.
Laçın rayonu Ermənistan üçün xüsusilə mühüm əhəmiyyət kəsb edirdi, buna görə də Ermənistan və onun havadarları Laçının təhvil verilməsini heç vaxt istəməmişdilər. Onların Laçın və Kəlbəcər rayonlarını verməkdən imtina etmələrinin əsas səbəbi ondan ibarət idi ki, bu müddət ərzində qeyd olunan ərazidə qanunsuz məskunlaşmanı həyata keçirmiş və ora çoxlu erməni ailələri köçürmüşdülər.
Lakin Ali Baş Komandanın həm müharibə meydanında, həm də diplomatik müstəvidə göstərdiyi qətiyyət və qazanılmış uğurlar həmin ərazilərin Ermənistan tərəfindən qeyd-şərtsiz işğaldan azad edilməsini təmin etdi.
Ölkə başçısının xalqa müraciətində qeyd etdiyi kimi, "Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq".
Laçın rayonunun Ermənistan tərəfindən işğaldan azad edilərək təhvil verilməsi qazandığımız qələbənin məntiqi yekunudur. Ermənistan Laçın rayonunu təhvil verməklə, kapitulyasiyada üzərinə götürdüyü növbəti şərti icra etməyə məcbur oldu.
Baxmayaraq ki, Ermənistan 28 ildir heç bir öhdəliyi icra etmirdi. Lakin Azərbaycan Respublikası Prezidentinin qətiyyəti, şanlı ordumuzun göstərdiyi şücaət, düzgün şəkildə qurulmuş iqtisadi, hərbi və xarici münasibətlərin məntiqi nəticəsi olaraq düşmən məğlub oldu.
Bu məğlubiyyət həm də Ermənistan dövlətinin məhvinin əsası olacaqdır. Ermənistan müharibədə uduzaraq sahibi olmadığı, ordumuz tərəfindən məhv edilmiş və ya qənimət olaraq ələ keçirilmiş silahların hələ uzun müddət pulunu ödəmək məcburiyyətində qalacaq.
Xüsusilə bir məqamı diqqətə çatdırmaq lazımdır ki, Ermənistan işğal etdiyi ərazilərimizdə olan bütün təbii ehtiyatlardan son dərəcə yararlanıb, tarixi abidələrimizi məhv etməklə yanaşı, son dərəcə vandallıq, təcavüzkarllıq və barbarlıq siyasətini həyata keçirib.
Lakin artıq tarixi həqiqət bərpa olundu, işğal altında olan ərazilərimiz işğaldan tam azad edildi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu, müharibə şanlı qələbəmizlə başa çatdı.
Yaşasın bizə bu qələbəni bəxş edən Müzəffər Ali Baş Komandan, eşq olsun Azərbaycan Ordusuna!" /oxu.az


SONXEBERLER.AZ
Siyasi     Baxılıb: 71   Tarix: 02 dekabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Qarabağda nida işarəsi dekabrın 1-də qoyuldu!

Qarabağda nida işarəsi dekabrın 1-də qoyuldu!. Yəqin ki, 1 dekabr 2020-ci il xalqımızın yaddaşında əbədi qalacaq. Təkcə ona görə yox ki, həmin gün Azərbaycan üçün çox böyük strateji əhəmiyyətə malik Laçın rayonu erməni silahl

Qazaxıstan prezidenti Qarabağla bağlı razılaşmanı tarixi hadisə adlandırdı

Qazaxıstan prezidenti Qarabağla bağlı razılaşmanı tarixi hadisə adlandırdı. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə qəbul edilmiş Qarabağ razılaşmasını tarixi hadis

Putindən Qarabağdakı sülhməramlılarla bağlı AÇIQLAMA - VİDEO

Putindən Qarabağdakı sülhməramlılarla bağlı AÇIQLAMA - VİDEO. Rusiya Prezidenti Vladimir Putin Qarabağla bağlı üçtərəfli bəyanatın ardıcıl olaraq həyata keçirilməsi, təmas xəttində sülhməramlıların olmasından danışıb. B

İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyanın xüsusi sessiyasının gündəliyi açıqlandı

İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyanın xüsusi sessiyasının gündəliyi açıqlandı. BMT Baş Assambleyasında COVID-19 pandemiyası ilə bağlı xüsusi sessiya keçiriləcək. Bu barədə APA-ya BMT-nin Azərbaycandak

Azərbaycanda "Vətən Müharibəsi Qəhrəmanı" adı təsis edildi - FƏRMAN

Azərbaycanda "Vətən Müharibəsi Qəhrəmanı" adı təsis edildi - FƏRMAN. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında" Azərbayca

Ceyhun Bayramovun qətərli həmkarı ilə telefon danışığı olub

Ceyhun Bayramovun qətərli həmkarı ilə telefon danışığı olub. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Qətər Dövlətinin Baş Nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Təni il

Çavuşoğlu Bayramovu Laçın rayonunun azad olunması münasibətilə təbrik edib - YENİLƏNİB + VİDEO

Çavuşoğlu Bayramovu Laçın rayonunun azad olunması münasibətilə təbrik edib - YENİLƏNİB + VİDEO. Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğl

NATO Parlament Assambleyasının Cənubi Qafqazla bağlı Rouz-Rout seminarı keçirilib

NATO Parlament Assambleyasının Cənubi Qafqazla bağlı Rouz-Rout seminarı keçirilib. Noyabrın 30-da NATO Parlament Assambleyasının Cənubi Qafqazda vəziyyətə həsr olunmuş Rouz-Rout seminarı keçirilib. Bu barədə Milli Məclisi

Fransa parlamentarilərinin Dağlıq Qarabağa səfəri məsələsinə XİN-dən SƏRT REAKSİYA

Fransa parlamentarilərinin Dağlıq Qarabağa səfəri məsələsinə XİN-dən SƏRT REAKSİYA. "Azərbaycan ərazisinə, o cümlədən, onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır". 

"Qarabağ" ordeninin statusu müəyyənləşib

"Qarabağ" ordeninin statusu müəyyənləşib. Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Azərbaycan Respublikasının "Qarabağ" ordeninin statutu"nda ordenin kimlərə veriləcəyi məlum olub. Bel

"Vətən Müharibəsi Qəhrəmanı" adı kimlərə veriləcək? - RƏSMİ

"Vətən Müharibəsi Qəhrəmanı" adı kimlərə veriləcək? - RƏSMİ. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında" Azərbaycan Respublikasını

"Zəfər" ordeninin statusu məlum oldu - FOTO

"Zəfər" ordeninin statusu məlum oldu - FOTO. Yeni təsis ediləcək "Zəfər" ordeni ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi zamanı əhəmiyyətli və ya strateji ərazilərin


yeni xeberler son xeberler azerbaycan xeberleri ensonxeberler son xeberler bugun 2021 canli sonxabar az en son xəbərlər bugün