40 illik müharibə başa çatır - ABŞ ordusunu ORADAN ÇIXARIR

40 illik müharibə başa çatır - ABŞ ordusunu ORADAN ÇIXARIRƏfqanıstanda 40 ilə yaxındır ki, davam edən müharibəni sonlandırmaq üçün ABŞ ilə Taliban arasında sülh müzakirələri başa çatıb.
xəbər verir ki, görüşlərdə ABŞ-ı təmsil edən Zalmay Xəlilzadla Talibanın səlahiyyətli şəxsləri arasında 11 dəfə keçirilən görüşlərin nəticəsi olaraq hər iki tərəfin də həbs edilənləri azadlığa buraxması, Talibanın zorakılığı azaltması və Əfqanıstan hökuməti ilə dialoqa başlamasında razılığa gəldiyini açıqlayıb.
Razılaşma mətnində ABŞ qoşunlarının Əfqanıstandan mərhələli şəkildə çıxması mövzusu da yer alıb. Lakin prosesin başlama tarixi ilə bağlı bilgi verilməyib.
Taliban ilə ABŞ arasındakı anlaşmanın bu ayın sonunda Qətərin paytaxtı Dohada Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Avrupa İttifaqı və Əfqanıstanın qonşu ölkələrindən ibarət nümayəndə heyəti önündə imzalanması gözlənilir.
Əfqan hökumətinin atəşkəs təkidlərinə rəğmən, Taliban bunun yerinə 7 günlük hücumların dayandırılmasını qəbul edib.
Proses necə baş tutacaq?
ABŞ-Taliban arasındakı sülh razılaşması nəticəsində qruplaşma 22 fevraldan etibarən 7 günlük şiddəti azaldacaq. Taliban ölkə miqyasında hücumların sayını əhəmiyyətli dərəcədə aşağı salacaq. Əfqan hökumətinə görə, bu, atəşkəsin təmin edilməsi mənasına gəlir.
Bundan sonra ABŞ və Əfqanıstanın əlindəki 5 min talibançı, Taliban isə əlindəki 1 nəfəri azadlığa buraxacaq. Əfqanıstandakı tərəflər arasındakı dialoq isə məhkumlarla bağlı prosesin tamamlanmasından sonra başlayacaq. Bu görüşlərə ABŞ vasitəçilik edəcək.
Əfqan siyasətçilərlə hökumət arasında sülh razılaşması məsələsində hələ ki, fikir ayrılığı davam edir. Buna rəğmən, Prezident Əşrəf Qani sülh üçün hazırlıqlara başlayıb. Paytaxt Kabildə ölkə miqyasında komandanlar və qubernatorlarla toplantı keçirib.
Taliban ilə Əfqanıstan hökumətinin dialoqunu apracaq heyətin hökumət tərəfindən müəyyən ediləcəyini ifadə edən Qani görüşlərdə xalqın əsas haqlarının müdafiə olunacağını bildirib. /publika.az


SONXEBERLER.AZ
Dünya     Baxılıb: 50   Tarix: 19 fevral 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Dünyanın gözlədiyi görüş BAŞA ÇATDI: Rusiyadan müharibə anonsu - Türk ordusu hərəkətə keçir?

Suriyanın İdlib şəhərindəki vəziyyəti müzakirə etmək üçün paytaxt Moskvada bir araya gələn Türkiyə və Rusiya nümayəndə heyətinin görüşləri başa çatıb. xəbər verir ki, iki gün davam edən görüşlərdən sonra rəsmi açıqlama verilməyib

Hökumətdən 13 və 14-cü maaş, təqaüd tələbi - Parlament qarşısında...

Yunanıstanda hökumətin sosial təhlükəsizlik qanunu ilə bağlı hazırladığı qanun layihəsi kütləvi etirazlara səbəb olub. xəbər verir ki, ictimai sektorda çalışan işçilər 24 saatlıq tətil elan edib. Yunanıstan İctimai İşçilə

Əfqanıstanın prezidenti bəlli oldu

Məhəmməd Əşrəf Qani Əfqanıstanın növbəti dəfə prezidenti seçilib. xəbər verir ki, Əfqanıstan Müstəqil Seçki Komissiyasının açıqladığı yekun nəticələrə əsasən, Əşrəf Qani yenidən hakimiyyətə gəlib. Seçkilərin nəticələrin

İranla bağlı ŞOK ARAŞDIRMA: Əhalinin 93 faizi...

İranda 21 fevral - cümə günü parlament seçkiləri keçiriləcək. xəbər verir ki, xalqın səsverməsi əsasında ölkə tarixinin 11-ci parlamenti formalaşdırılacaq. Tehran Universiteti Sosial Araşdırmalar Mərkəzinin sədri Əhməd Nadir

Koronavirusu müalicə edən həkim öldü

Çinin Uxan şəhərinin müvəqqəti xəstəxanalarından birinin baş həkimi koronavirusdan ölüb. xəbər verir ki, "COVID19-a yoluxmuş Uçan xəstəxanasının direktoru Lyu Çjimin fevralın 17-də ölüb. O, koronavirusan ölən ilk tib

ÇİN: 1868 nəfər öldü - Yoluxanların sayı getdikcə artır

Çində koronavirusda yoluxanların və ölənlərin sayı artıb. xəbər verir ki, bu barədə ölkənin Səhyiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Məlumata görə, virusdan ölənlərin sayı 1868 nəfərə çatıb. 72 mindən çox insa

47 il əvvəl ABŞ-da itən üzük baxın hansı ölkədə tapıldı - FOTOLAR

ABŞ-ın Oreqon ştatında yaşayan 63 yaşlı Debra Makkenanın 47 il əvvəl itirdiyi üzük Finlandiyada meşəlik ərazidə tapılıb. xarici KİV-lərə istinadən xəbər verir ki, Debra adlı xanıma üzüyü 1973-cü ildə sevgilisi verib. Laki

Türkiyədə 30-dan çox qanunsuz miqrant saxlanıldı

Türkiyənin İzmir vilayətinin sahilində qanunsuz miqrantların olduğu qayıq saxlanılıb. Qayıqda 33 qanunsuz miqrant olub. Miqranatlar sahil mühafizəçiləri tərəfindən Dikili rayonunda saxlanılıb. Onların hamısı Əfqanıstanda

ABŞ-ın yeni vitse-prezidenti Klinton olacaq - ŞOK İDDİA

ABŞ-ın sabiq dövlət katibi və keçmiş birinci xanım Hillari Klinton vitse-prezidentliyə namizəd ola bilər. xəbər verir ki, bu barədə "Kommersant" informasiya yayıb. Məlumata görə, Klinton Maykl Blumberq ilə tandemd

ABŞ qorxulu raketini sınaqdan keçirdi

ABŞ Hərbi Dəniz Qüvvələri "Trident II" ballistik raketini döyüş başlığı olmadan sınaqdan keçirib. xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətindən verilən məlumata görə, raket Kaliforniyanın San-Dieq

Seçkilərin rəsmi nəticələri BU TARİXDƏ ELAN EDİLƏCƏK - MSK sədri açıqladı

Əfqanıstanda keçirilən prezident seçkilərində şübhəli qəbul edilən səslər analizdən keçirilib. xəbər verir ki, bu barədə Əfqanıstan Müstəqil Seçki Komissiyasının sədri Hava Aləm Nuristani açıqlama verib. Sədr bildirib ki

Yeni fəlakət Çinin qapısında: 150 km sürətlə istilaya gedirlər

Afrika və bəzi Asiya ölkələrini istila edərək fövqəladə vəziyyətə səbəb olan çəyirtkə sürüləri yeni təhlükə yaradıb. xəbər verir ki, 150 km sürətlə hərəkət edən və 1 gündə 35 min nəfərə kifayət edəcək qədər qidaya zərər vura


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi 2020 son xeber az xeber.az 2020 xeberler bugun