25 müəssisəsdə kobud qayda pozuntuları aşkarlanıb

25 müəssisəsdə kobud qayda pozuntuları aşkarlanıb25 müəssisəsdə kobud qayda pozuntuları aşkarlanıb
Ölkəmizdə hərbi vəziyyətin elan olunduğu, eyni zamanda xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunması bizlərdən müharibə dövrünün şərtlərinə uyğun olaraq xüsusi yanaşma və məsuliyyət tələb edir. Xüsusilə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, insanların sıx toplaşdığı ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, agentlik əməkdaşları tərəfindən bu sahədə aidiyyəti qurumlarla birgə həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı, təəssüflər olsun ki, bəzi ictimai iaşə müəssisələrinin sahibləri və müştərilər tərəfindən bir sıra qaydalara əməl edilmədiyi aşkar olunur.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə, AQTA tərəfindən ictimai iaşə müəssisələrində reydlər davam etdirilir. Belə ki, AQTA əməkdaşları tərəfindən 20 oktyabr 2020-ci il tarixində Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 382 ictimai iaşə obyektində 610 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən 25 ictimai iaşə müəssisəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.
Aparılan reydlər zamanı sahibkarlıq subyektlərində, əsasən, işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi, həmçinin pandemiya dövründə ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması ilə bağlı nöqsanlar aşkarlanıb.
"Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə" Nazirlər Kabinetinin 6 iyul 2020-ci il tarixli 237 saylı Qərarına əsasən, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında bir metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan iki dəfə az olmalı və müvafiq olaraq, adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır.
Unutmaq olmaz ki, koronavirusla effektiv mübarizə tədbirləri nəticəsində əldə olunmuş müsbət tendensiyanın davam etdirilməsi üçün bu qəbildən olan tədbirlərin daim diqqət mərkəzində saxlanması və mütəmadi qaydada qabaqlayıcı tədbirlərin həyata keçirilməsi vacib şərtlərdəndir.
25 müəssisəsdə kobud qayda pozuntuları aşkarlanıb


SONXEBERLER.AZ
Sosial     Baxılıb: 70   Tarix: 21 oktyabr 2020
f Paylaş

DİGƏR XƏBƏRLƏR

Siyəzəndə iki yük maşını toqquşdu: Xəsarət alanlar var

Siyəzəndə iki yük maşını toqquşdu: Xəsarət alanlar var. Siyəzən rayonunun Beşdam kəndi ərazisində "HOWO" və "Mercedes" markalı iki yük avtomobili toqquşub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məluma

Bu il özünüməşğulluq proqramına cəlb olunanların sayı 8 minə çatır

Bu il özünüməşğulluq proqramına cəlb olunanların sayı 8 minə çatır. Özünüməşğulluq proqramına cəlb olunanlardan 3200-dən çox şəxsə aktivlər verilərək ailə təsərrüfatları yaradılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəs

TANAP "İlin Layihəsi" oldu - FOTO

TANAP "İlin Layihəsi" oldu - FOTO. TANAP layihə idarəçiliyi sahəsində yüksək mükafata layiq görüldü. Dövlət Neft Şirkətindən (SOCAR) -a verilən məlumata əsasən, Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəs

Azərbaycanda sutka ərzində daha yeddi nəfər koronavirusdan öldü: 714 yeni yoluxma rekordu - FOTO

Azərbaycanda sutka ərzində daha yeddi nəfər koronavirusdan öldü: 714 yeni yoluxma rekordu - FOTO. Azərbaycanda koronavirusa (COVID-19) 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb

Bakıda azyaşlılar bağlı qapı arxasında köməksiz qaldı

Bakıda azyaşlılar bağlı qapı arxasında köməksiz qaldı . Bakı şəhərinin Suraxanı rayonunda ikisi azyaşlı olmaqla üç nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məluma

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqəyə qeydiyyat başa çatır

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqəyə qeydiyyat başa çatır. Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat başa çatır. Bu barədə Dövlət İmtahan Mərkəz

Şəmkirdə kişi qonşusunu bıçaqlayıb qaçdı

Şəmkirdə kişi qonşusunu bıçaqlayıb qaçdı. Dünən saat 19 radələrində Şəmkir rayon sakini, 1988-ci il təvəllüdlü Rəsulov Orxan Yusif oğluna bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Şəmki

Qəbələdə avtomobil piyadanı vuraraq öldürdü

Qəbələdə avtomobil piyadanı vuraraq öldürdü. Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Soltannuxa kənd sakini Allahyar Baxışlı idarə etdiyi "VA

Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və hər cür təcavüzü qınayır

Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və hər cür təcavüzü qınayır. Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın Xaric

MDB ölkələrindən Rusiya ilə ticarət dövriyyəsi yüksək olub - SİYAHI

MDB ölkələrindən Rusiya ilə ticarət dövriyyəsi yüksək olub - SİYAHI. Azərbaycanla MDB ölkələri üzrə ən çox ticarət dövriyyəsinə sahib ölkə Rusiyadır. -ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, bu ilin 9 ay

Dağıntılar altından çıxarılan üç yaşlı Xədicənin gözləri görəcək - Xəbərlərin 20:00 buraxılışı

Dağıntılar altından çıxarılan üç yaşlı Xədicənin gözləri görəcək - Xəbərlərin 20:00 buraxılışı. Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. "Azərbaycan ordusunun yeni nailiyyəti var" - Prezident Zəngilanın aza

Paşinyan yeni yumor qəhrəmanı rolunda - VİDEO

Paşinyan yeni yumor qəhrəmanı rolunda - VİDEO. Son günlər Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə gənclərin yumor və satira qəhrəmanına çevrilib. . Onun haqqında çəkilən karikaturalar, yazılan satirik şeirlər


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal cəbhədən son məlumat cəbhədən xəbərlər xabar az